azerbaycanxeberleritv.az » Manşet » 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, professor Nəsiman Yaqublu bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində ağır yol qəzasında həyatını itirdi.
Manşet / Gündəm / Cəmiyyət / 25-08-2024, 22:25

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, professor Nəsiman Yaqublu bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində ağır yol qəzasında həyatını itirdi.

 Yaqublu Nəsiman Qara oğlu — azərbaycanlı tarixçi, tarix elmləri üzrə fəlsəfə doktoru.


Nəsiman Yaqublu 1962-ci ildə anadan olub. Zəngilan rayonunda orta təhsilini başa çatdırdıqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Sankt-Peterburq Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30 000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq çalışır. Tarix elmləri namizədidir. 

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, professor Nəsiman Yaqublu bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində ağır yol qəzasında həyatını itirdi. Biz isə elimizin oğlunu çox əziz, dəyərli,dürüst ziiyalımızı, müəllimimizi itirdik. 

Saytımızın rəhbərliyi və komandası adından ailəsinə və yaxınlarına səbr diləyirik

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Ruhu şad olsun!


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.