azerbaycanxeberleritv.az » Manşet » Tağı Əhmədov vəfat etdi
Manşet / Gündəm / Cəmiyyət / 18-10-2024, 21:48

Tağı Əhmədov vəfat etdi

 

"Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı Salatın Əhmədova “Qafqazinfo”ya bildirib.


Məlumata görə, bir az əvvəl Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.