azerbaycanxeberleritv.az » Cəmiyyət » Körpələr üçün ən təbii qida: Ana südünün faydaları
Cəmiyyət / Gündəm / 10-04-2025, 19:56

Körpələr üçün ən təbii qida: Ana südünün faydaları

Körpələr üçün ən təbii qida: Ana südünün faydaları

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NUDİA) birgə olaraq, sağlam qidalanmanın təşviqi məqsədilə "Sözdən əmələ keç, sağlam qidalanmanı seç" adlı yeni bir layihəyə başlayıb.

"Kanal14.az" xəbər verir ki, Bu layihə cəmiyyətdə sağlam həyat tərzinin təşviqini və düzgün qidalanma vərdişlərinin inkişafını hədəfləyir. Layihənin ilk mövzusu körpənin həyatında mühüm yer tutan və ilk qida olaraq qəbul etdiyi ana südüdür.

Ana südü körpənin sağlam böyüməsi və inkişafı üçün ən təbii və faydalı qidadır. Həyatının ilk altı ayında körpənin bütün qida ehtiyaclarını qarşılayaraq onun sağlamlığını təmin etmək üçün ideal qida mənbəyidir. Ana südü körpənin fiziki inkişafını dəstəkləyir, onun immun sistemini gücləndirərək infeksiyalara qarşı qoruyur. Ana südü körpənin psixoloji və emosional inkişafı üçün də çox önəmlidir. Təbii və zəngin tərkibi sayəsində ana südü başqa heç bir qida ilə müqayisə oluna bilməz.

Ümumdünya Səhiyyə Təşkilatı ana südünün körpənin ilk 6 ayında yeganə qida mənbəyi olmasını tövsiyə edir. Bu dövr ərzində ana südü ilə qidalanan körpələr daha sağlam olur, həmçinin müxtəlif xəstəliklərə qarşı daha yaxşı müdafiə olunur. Ana südünün körpəyə verdiyi faydalar bununla bitmir. Ana südü ananın sağlamlığını da qoruyur, zahılıq dövründə orqanizmin sürətli bərpa olunmasına kömək edir və ananı süd verən dövrdə xəstələnməkdən qoruyur.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.