azerbaycanxeberleritv.az » Cəmiyyət » "Emin Əmrullayevlə Elnur Əliyev ağılsız və məntiqsiz qərara görə üzr istəməlidir" - Elşən Qafarov
Cəmiyyət / Gündəm / Elm-təhsil / 2-06-2025, 14:30

"Emin Əmrullayevlə Elnur Əliyev ağılsız və məntiqsiz qərara görə üzr istəməlidir" - Elşən Qafarov

"Emin Əmrullayevlə Elnur Əliyev ağılsız və məntiqsiz qərara görə üzr istəməlidir" - Elşən Qafarov

"Bu qərarın hüquqi əsası yox idi. Sadəcə bir gecə və yaxud axşam toplantısında qəbul edilmiş və səhər tezdən elan edilmiş qərar idi".

"Azerbaycanxeberleritv.az" qeyd edir ki, bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov lisey və gimnaziyalara yalnız 6-cı siniflərin imtahan verə biləcəyi qərarının ləğv olunmasından danışarkən bildirdi.

"Çox məntiqsiz və ağılsız bir qərar idi. Mən Kütləvi İnformasiya Vasitələrinə, o cümlədən sizin sayta təşəkkürümü bildirirəm ki, Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin növbəti bir qanunsuz və süni narazılıq yaradan addımının qarşısını ala bildik. Qərar geri oxundu, əslində o mətnin yanında bir də üzr ifadəsi olmalı idi. Düşünürəm ki, Emin Əmrullayev, Təhsil İnstitutunun rəhbəri Elnur Əliyev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi baş verən hadisə ilə bağlı minlərlə valideyni bir neçə gündür stressə salan ağılsız və məntiqsiz qərara görə üzr istəməlidirlər".

Ekspert həmin qərarın yalnız bu ilə aid olmasına da toxundu.

"Hələ biz bilmirik ki, gələn il bunlar qalacaqlar ya qalmayacaqlar. Təbii ki, mətbuat, təhsil mütəxəssisləri, vətəndaşlar haqlı mövqe ortaya qoyanda bu kimi mənasız qərarlar geri oxunmalıdır. KİV-lər, təhsil mütəxəssisləri, təhsil ekspertləri ilə daha çox əməkdaşlıq etməlidirlər. Həmkarlarıma üzümü tuturam ki, nədənsə çəkinməməlidirlər, haqlı mövqelərini ortaya qoymalıdırlar. Təhsildənkənar insanların təhsil vasitəsi ilə cəmiyyətdə süni narazılıq yaratmasının qarşısını almalıdırlar", - deyə E.Qafarov fikrini yekunlaşdırdı.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.