azerbaycanxeberleritv.az » Gündəm » Bakı bulvarında sakinləri narahat edən kəskin qoxu - Səbəbləri nələrdir?
Gündəm / Cəmiyyət / Bugün, 12:00

Bakı bulvarında sakinləri narahat edən kəskin qoxu - Səbəbləri nələrdir?

Bakı bulvarında sakinləri narahat edən kəskin qoxu - Səbəbləri nələrdir?

Yosunlar, lil və digər bioloji qalıqlar. Ətraf tullantılarla dolu, qarışıq qoxudan ərazidə ayaq saxlamaq mümkün deyil. Qumluq əraziləri isə alaq otu və qamışlıq basıb.

"Azerbaycanxeberleritv.az" Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət Dənizkənarı bulvarda Bayraq meydanının yaxınlığından, Xəzər dənizinin sahilboyu ərazilərindən gedir.

Dəniz suyunun çəkilməsi nəticəsində üfunətin yayılması yolunu bulvardan salan şəhər sakinlərini də narahat edir. Suyun çəkilməsi sahil zolağında dəniz dibindəki çöküntüləri də üzə çıxarıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsindən bildirilib ki, Bakı buxtasının Ağ şəhər ərazisindən Dövlət bayrağı meydanınadək olan sahil zolağında neft ləkələrinin müşahidə olunması, iy və qoxunun ətrafa yayılması halları baş verir. Aparılan monitorinqlər zamanı sözügedən ərazilərdə sahilboyu müşahidə olunan neft ləkələrinin tərkibinin və çirkləndirilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb, hazırda araşdırmalar davam etdirilir.

Ətraflı süjetdə:


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.