azerbaycanxeberleritv.az » Manşet » Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? (AÇIQLAMA)
Manşet / Gündəm / Cəmiyyət / Bugün, 13:30

Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? (AÇIQLAMA)

Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? - AÇIQLAMA

Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansızlara pul, ərzaq şəklində vermək olmaz.

"Azerbaycanxeberleritv.az" bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Sədr müavini bildirib ki, şəriətdə İsmayıl qurbanı mütləq heyvan olaraq alınmalı, kəsilməli və ət şəklində paylanmalıdır.

"Başqa formada o qurbanı, onun pulunu bölmək, paylamaq olmaz. Mütləq heyvan kəsilməli və ət şəklində ehtiyacı olanlara paylanmalıdır”, - deyə F.Nurullayev əlavə edib.

Xatırladaq ki, daha öncə Qurban bayramında hansı heyvanların kəsilməsi barədə yazı dərc etmişik.

Qeyd edək ki, bu il iyunun 6-7-si Azərbaycanda Qurban bayramı qeyd olunur.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.