azerbaycanxeberleritv.az » Gündəm » Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Azərbaycanda bu il məktəblilər üçün dərsliklərin istehsalına xərclənəcək vəsaitin həcmi açıqlanıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə İqtisadiyyat.az məlumat yayıb.

Məlumata görə, məktəbəhazırlıq qruplarından tutmuş buraxılış siniflərinə qədər dərs vəsaitlərinin istehsalı 12 milyon 740 min manata başa gələcək.

Məktəbəhazırlıq qrupları üçün "Məktəbə hazırlaşırıq” adlı dərsliyindən Azərbaycan və rus dilində istehsalına 689 min manat vəsait sərf olunacaq.

Bildirilir ki, 1-2-ci siniflər üzrə dərsliklərin istehsalına 3 milyon 275 min manat, 3-4-cü siniflər üzrə dərsliklərin istehsalına 649 min manat, 5-6-cı siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon 726 min manat, 7-9-cü siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon manata yaxın, 10-11-ci siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına isə 1 milyon 400 min manat vəsait sərf olunacaq.

Eləcə də dövlət peşə təhsili müəssisələri üçün dərsliklərin istehsalı isə 475 min manata başa gələcək.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi qeyd olunan dərsliklərin istehsalı ilə bağlı bir neçə nəşriyyat və poliqrafiya şirkəti ilə ümumi dəyəri 12 milyon 740 manat olan müqavilələr bağlayıb

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.