azerbaycanxeberleritv.az » Gündəm » "Müharibəyə son qoya bilərik" - Pakistandan təklif
Gündəm / Dünya / Dün, 15:30

"Müharibəyə son qoya bilərik" - Pakistandan təklif

"Müharibəyə son qoya bilərik" - Pakistandan təklif


"Nyu-Dehli buna razılıq verərsə, Pakistan Hindistanla hərbi münaqişəni dayandırmağa hazırdır".

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif "Bloomberg TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Hindistan geri çəkilsə, bu müharibə sona çatacaq:

"Son iki həftə ərzində ardıcıl olaraq bəyan etmişik ki, heç vaxt Hindistana qarşı düşmənçilik hərəkəti etməyəcəyik. Amma bizə hücum edilərsə, cavab verəcəyik. Hindistan geri çəkilsə, mütləq bu gərginliyə son qoyacağıq".

Xatırladaq ki, mayın 7-nə keçən gecə Hindistan Pakistanda “terror infrastrukturuna” qarşı yönəlmiş "Sindoor" əməliyyatına başladığını elan edib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.