azerbaycanxeberleritv.az » Gündəm » Bakıda 20 gün əvvəl təmir olunan yol yenidən çökdü – VİDEO
Gündəm / Manşet / Cəmiyyət / Dün, 16:30

Bakıda 20 gün əvvəl təmir olunan yol yenidən çökdü – VİDEO

Bakıda 20 gün əvvəl təmir olunan yol yenidən çökdü – VİDEO

Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yol son 20 gün ərzində ikinci dəfə çöküb.

"Azerbaycanxeberleritv.az" Xəzər TV-yə istinadən məlumat verir ki, ötən gün də həmin çuxura digər minik avtomobilləri düşüb.

Sürücülər bildiriblər ki, dayanıqlı təmir işləri aparılmadığından yolda yağış yağan zaman yenidən eyni vəziyyət yaranır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ərazidə yağış sularının idarə olunması üçün işlər həyata keçirilir. Gün ərzində təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə bildirilib ki, təmir-tikinti işləri yekunlaşdıqdan sonra çökmüş hissədə asfalt örtüyü yenidən bərpa ediləcək.

Qeyd edək ki, aprelin 16-sı baş vermiş çökmə zamanı minik avtomobili həmin çuxura düşərək ciddi zərər görmüşdü.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.