azerbaycanxeberleritv.az » Manşet » “AL Market”lər bağlanır? – Açıqlama
Manşet / Cəmiyyət / Dün, 17:00

“AL Market”lər bağlanır? – Açıqlama

“AL Market”lər bağlanır? – Açıqlama


Ölkə ərazisində yüzlərlə filialı olan “AL Market” mağazalar şəbəkəsinin bir çox filiallarının bağlanması ilə bağlı məlumat yayılıb.

"Azerbaycanxeberleritv.az" Gununsesi.info-ya istinadən xəbər verir ki, bağlanan filiallar həm Bakı, həm də bir çox bölgələri əhatə edir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən şəbəkənin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova faktı təsdiqləyib.

O qeyd edib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir:

“Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan “AL Market”, xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb, eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir”, – deyə M.Əsədova bildirib.

Bağlanan filiallarda çalışan işçilərin işdən çıxarılıb-çıxarılmayacağı məsələsinə gəlincə isə M.Əsədova vurğulayıb ki, həmin filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub.

“Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub”, – deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, ilin əvvəlində də “AL Market” mağazalar şəbəkəsinin bir neçə filialının fəaliyyətini dayandırdıracağı ilə bağlı yayılmışdı.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.