azerbaycanxeberleritv.az » Gündəm » Pakistanda 31 mülki şəxs həlak olub, Hindistanda helikopter qəzaya uğrayıb
Gündəm / Dünya / Müharibə / 8-05-2025, 12:00

Pakistanda 31 mülki şəxs həlak olub, Hindistanda helikopter qəzaya uğrayıb

Pakistanda 31 mülki şəxs həlak olub, Hindistanda helikopter qəzaya uğrayıb

Hindistan Silahlı Qüvvələrinin Pakistana hücumları nəticəsində 31 mülki şəxs həlak olub.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Pakistan KİV-ləri xəbər verir.

Bildirilir ki, 57 nəfər yaralanıb.

Pakistanın Lahor şəhərində (ölkənin ikinci böyük şəhəri) Uolton hava limanı yaxınlığında bir sıra partlayışlar baş verib. Məlumata görə, Hindistanın kəşfiyyat üçün istifadə olunan pilotsuz uçuş aparatı vurulub. Dron hava limanı ərazisində məhv edilib.

Bu arada, Hindistanın Uttarkaşi dairəsində helikopter qəzaya uğrayıb. Bu barədə "The Times of India" yazıb. Aviaqəza nəticəsində altı nəfər həlak olub, bir nəfər yaralanıb.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.