azerbaycanxeberleritv.az » Gündəm » Bakının mərkəzində təhlükəli vəziyyət
Gündəm / Cəmiyyət / 13-05-2025, 15:00

Bakının mərkəzində təhlükəli vəziyyət

Bakının mərkəzində təhlükəli vəziyyət

Paytaxtın Nəsimi rayonu, Həzi Aslanov küçəsində yerləşən çoxmərtəbəli binanın üzlük daşları qopub tökülür.

"Azerbaycanxeberleritv.az" Xəzər TV-yə istinadən məlumat verir ki, 2008-ci ildə ”Konsul” MTK tərəfindən tikilərək sakinlərin istifadəsinə verilmiş 14 mərtəbəli binanın fasadında problemlər yaranıb.

Sözügedən binanın yaxınlığında yaşayan İlahə Məcidovanın iddiasına görə, bu hal bir neçə dəfə təkrar olunub ki, bu da ərazidən keçənlər üçün ciddi təhlükə yaradır.

Sakinlər bildiriblər ki, yaranmış təhlükəli vəziyyətlə bağlı tikinti şirkətinə də məlumat veriblər.

İlahə Məcidova onu da iddia edir ki, fasaddan qopan üzlük daşı bir avtomobilə zərər vurub.

Binanın komendantı Ağa Əhmədovun sözlərinə görə, belə hadisə bir dəfə 6-7 ay əvvəl olub, bina yoxlanılıb və belə halın təkrarlanması ehtimalı yoxdur. Həmçinin qopan üzlük daşların yerinə yenilərinin əlavə ediləcəyini də bildirib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.