azerbaycanxeberleritv.az » Gündəm » YENƏ BİNƏQƏDİ RAYONU, YENƏ BİLƏCƏRİ: BİLƏCƏRİDƏ AĞACLAR KÜTLƏVİ ŞƏKİLDƏ NİYƏ QIRILIR? - AÇIQLAMA
Gündəm / Cəmiyyət / 15-05-2025, 14:30

YENƏ BİNƏQƏDİ RAYONU, YENƏ BİLƏCƏRİ: BİLƏCƏRİDƏ AĞACLAR KÜTLƏVİ ŞƏKİLDƏ NİYƏ QIRILIR? - AÇIQLAMA

YENƏ BİNƏQƏDİ RAYONU, YENƏ BİLƏCƏRİ: BİLƏCƏRİDƏ AĞACLAR KÜTLƏVİ ŞƏKİLDƏ NİYƏ QIRILIR? - AÇIQLAMA


Azerbaycanxeberleritv.az: - Biləcəri qəsəbəsi Natavan küçəsində yerləşən meşəlik ərazi acınacaqlı vəziyyətdədir.

Ərazidəki ağaclara qulluq edilmir, həmişə yaşıl bitkilər çoxu quruyub, yarısı isə aşıb. Bir sözlə illərin ağacları baxımsız vəziyyətdədir.

Məsələ ilə bağlı Biləcəri Bələdiyyəsindən bildirildi ki, ağacların aşması və ya quruması ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı birliyinə və Dövlət Ekoloji Ekspertiza Agentliyinə məlumat verilib. Şəkillər və video-çəkiliş də təqdim olunub.

Sözügedən problemlə bağlı isə Dövlət Ekoloji Ekspertiza Agentliyi deyilənləri təkzib etdi:

"Həmin ərazidə yaşıllıqların quruması səbəbindən götürülməsinə rəy verilməsi ilə bağlı agentliyə hər hansı müraciət daxil olmayıb. Müraciət daxil edildiyi təqdirdə ekspertlərimiz tərəfindən yaşıllıqlara baxış keçiriləcək, müvafiq rəy verilməsi məsələsinə baxılacaq".

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatından isə bildirildi ki, ərazidə külək nəticəsində aşan ağaclar götürülür. Lakin aşmayan ağacların götürülməsi üçün dövlət qurumu tərəfindən verilən rəy lazımdır. Rəy olmadan həmin ağacların kəsilməsi mümkün deyil.(Milli.Az)


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.