azerbaycanxeberleritv.az » Gündəm » Bu yolda hərəkət tam məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
Gündəm / Cəmiyyət / 15-05-2025, 16:30

Bu yolda hərəkət tam məhdudlaşdırılır - Sürücülərin nəzərinə!

Bu yolda hərəkət tam məhdudlaşdırılır - Sürücülərin nəzərinə!


17 may saat 00:00-dan dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq.

Bu barədə "Azerbaycanxeberleritv.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.