Ermənistanda müharibənin bitməsindən 5 il keçməsinə baxmayaraq, hələ də o xülyada olanlar var ki, Qarabağı “geri qaytaracaq” və ya “geri dönəcək”lər.
"
Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu xülyada olanların başında gələnlərdən ən birinciləri sırasında bu ölkənin sabiq XİN başçısı Vardan Oskanyandır.
O dünən bu yöndə daha bir nağıl danışıb. Oskanyan bildirib ki, onların vəzifəsi ondan ibarətdir ki, “Qarabağa istənilən qayıdış beynəlxalq hüququn bütün miqyasına uyğun olaraq həyata keçirilsin”.
Keçmiş nazir onu da iddia edib ki, guya, Qarabağdan könüllü köçmüş ermənilər geri qayıtmadan bölgədə sülh olmayacaq. “Bölgədə davamlı sülh üçün ermənilərin Qarabağa geri dönmələri lazımdır. Bunsuz sülh olmayacaq”.
P.S. Oskanyan əslində özü də yaxşı bilir ki, Qafqazda sülüh əsas təhlükə mənbəyi elə ermənilərdir. Onların olduqları yerdə həmişə qan-qada, separatizm və terror olub. Qarabağda 30 il bunu etməyi bacarsalar da, niyyətlərinə son qoyuldu. Bəs, Gürcüstanda Cavaxetiya bölgəsində baş verənləri kimin ayağına yazmaq lazımdır? Orada da ermənilər yaşayır, amma hər an separatizm baş qaldıra bilər. Ona görə də, Oskanyan gedib nağıllarını öz ağlında olanların yanında danışa bilər.