azerbaycanxeberleritv.az » Gündəm » Rövşən Qurbanov həbs edildi
Gündəm / Cəmiyyət / Hadisə / 29-05-2025, 15:30

Rövşən Qurbanov həbs edildi

Rövşən Qurbanov həbs edildi

Novosibirsk şəhərinin Zaeltsovski rayon məhkəməsi rüşvət almaqda şübhəli bilinən Rusiya Milli Qvardiyasının Novosibirsk vilayəti üzrə qeyri-departament mühafizə idarəsinin rəisi Rövşən Qurbanovu iki ay müddətinə həbs edib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.

"Məhkəmə Qurbanov Rövşən Qurban oğlu barəsində 2025-ci il iyulun 27-dək həbs qətimkan tədbiri seçib", - məlumatda qeyd olunub.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, təqsirləndirilən şəxs aprelin 30-da “Lemana PRO” ticarət mərkəzinin fövqəladə halların qarşısının alınması şöbəsinin müdirinə messencer vasitəsilə zəng edərək ondan 293 min rubldan çox dəyərində tikinti materialları şəklində rüşvət verməsini tələb edib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.