azerbaycanxeberleritv.az » Gündəm » Futbolda penalti qaydası ilə bağlı dəyişiklik
Gündəm / İdman / 4-06-2025, 09:21

Futbolda penalti qaydası ilə bağlı dəyişiklik

Futbolda penalti qaydası ilə bağlı dəyişiklik

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 11 metrlik cərimə zərbələri ilə bağlı qaydada dəyişiklik edildiyini açıqlayıb.

"Azerbaycanxeberleritv.az" IFAB-ın rəsmi saytına istinadən xəbər verir ki, yeniliyə əsasən, zərbə zamanı top oyunçunun digər ayağına, eləcə də həmin ayağın digər nahiyələrinə dəyərsə, penalti təkrarlanacaq.

Qərar bu il iyulun 1-dən etibarən qüvvəyə minəcək. Lakin yeniliyin həmin tarixdən əvvəlki matçlarda sınaqdan keçiriləcəyi də istisna edilmir.

Qeyd edək ki, əvvəlki qaydaya görə, zərbə zamanı top futbolçunun digər ayağına da dəydiyi təqdirdə qol ləğv olunurdu. Son belə hadisə İspaniyanın "Atletiko Madrid" komandasının hücumçusu Xulian Alvaresin başına gəlmişdi. Argentinalı forvardın UEFA Çempionlar Liqasında "Real Madrid"lə matçda penaltidən vurduğu qol eyni səbəbdən qeydə alınmamışdı.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.