azerbaycanxeberleritv.az » Gündəm » İrəvandan Bakıya neçə uçuş olub? - Nazirlikdən açıqlama
Gündəm / Dünya / 4-06-2025, 09:25

İrəvandan Bakıya neçə uçuş olub? - Nazirlikdən açıqlama

İrəvandan Bakıya neçə uçuş olub? - Nazirlikdən açıqlama

2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi yerinə yetirilib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi yazılı məlumat yayıb.

"Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin rəsmiləri olub", - nazirlik açıqlayıb.

Qeyd olunub ki, dövlət reyslərinin həyata keçirilməsinə icazə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.