azerbaycanxeberleritv.az » Gündəm » Araz Musayevin vəziyyəti AĞIRLAŞDI
Gündəm / Hadisə / Cəmiyyət / 4-06-2025, 12:00

Araz Musayevin vəziyyəti AĞIRLAŞDI

Araz Musayevin vəziyyəti AĞIRLAŞDI

Türkiyənin Antalya şəhərindəki U-23 dünya çempionatında bıçaqlanan Azərbaycan Muay Tay Fedarasiyasının prezidenti Araz Musayevin vəziyyəti ağırlaşıb.

"Azerbaycanxeberleritv.az" Ajans.az-a istinadən xəbər verir ki, bunu hazırda Türkiyədə xəstəxanada müalicə olunan idmançı sosial şəbəkə hesabında yazıb.

“Hər bir müsəlmandan və millətimdən dua istəyirəm”, – o bildirib.

Federasiya rəhbəri ona qarşı sui-qəsddə şübhəli bilinənlərin məhkəməyə aparıldığı fotonu da paylaşıb.

Qeyd edək ki, Araz Musayevə qarşı sui-qəsddə iştirak edənlər və şübhəlilər Antalya Cumhuriyyyət Məhkəməsinə aparılıblar. Hadisəyə görə həbs edilənlərin Azər Həsənsoy, Elşən Abdulrəhmanov, Eynulla Babazadə, Məhəmməd Qaytayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov olduqları bildirilir. Onlardan Elşən Abdulrəhmanov Azərbaycan Kikboksinq Fedarasiyasının I vitse-prezidenti, Azər Həsənsoy Azərbaycan Uşu Sanda Fedarasiyasının prezidentidir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.