azerbaycanxeberleritv.az » Gündəm » Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı yeni qərar
Gündəm / Manşet / Səhiyyə / Sosial / 4-06-2025, 13:00

Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı yeni qərar

Dövlət qeydiyyatına alınan dərmanlarla bağlı yeni qərar


Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasında dəyişiklik edilib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə dərman vasitələrinin idxalını həyata keçirən hüquqi şəxs ölkə daxilində dərman vasitəsinin aptek təşkilatlarına topdansatışını digər topdansatış əczaçılıq müəssisəsi vasitəsilə həyata keçirdiyi təqdirdə, bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən olunan “Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə”nin 40 faizinədək hissəsini dərman vasitəsinin aptek təşkilatına birbaşa topdansatışını həyata keçirən həmin topdansatış əczaçılıq müəssisəsinə ödəyəcək.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.