azerbaycanxeberleritv.az » Gündəm » Azərbaycanla və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları görüşdü
Gündəm / Manşet / Siyasət / Cəmiyyət / 4-06-2025, 13:30

Azərbaycanla və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları görüşdü

Azərbaycanla və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları görüşdü

Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.

Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.