azerbaycanxeberleritv.az » Gündəm » İki erməni azaraq Azərbaycan ərazisinə keçdi
Gündəm / Hadisə / Cəmiyyət / Dün, 18:00

İki erməni azaraq Azərbaycan ərazisinə keçdi

İki erməni azaraq Azərbaycan ərazisinə keçdi

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşüb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

Məlumatda bildirilir ki, Sünik (Zəngəzur) vilayətinin Tex (Dığ) kəndinin sakinləri Karen Cangiryan (2007) və Andrey Qyaquns (2008) 6 iyun saat 01.20 radələrində Aravus kəndi ərazisində azıblar.

Ermənistan MTX ehtimal edir ki, onlar azaraq Azərbaycan ərazisinə keçib.

Məlumatda gənclərin yerinin müəyyənləşdirilməsi və geri qaytarılması üçün lazımı tədbirlərin görüldüyü bildirilib.

Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.