azerbaycanxeberleritv.az » Gündəm » AZAL Naxçıvana reyslərin sayını artırıb
Gündəm / Cəmiyyət / Dün, 11:30

AZAL Naxçıvana reyslərin sayını artırıb

AZAL Naxçıvana reyslərin sayını artırıb


Qurban bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı–Naxçıvan–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

AZAL-dan verilən məlumata görə, 7–15 iyun tarixləri arasında bu istiqamətdə ümumilikdə 121 reys həyata keçiriləcək.

Reyslərin ən çox həyata keçiriləcəyi gün 9 iyun tarixidir — həmin gün 20 reysin icrası nəzərdə tutulur. Bu tarixdə pik sərnişin axını gözlənilir, çünki bayram günlərindən sonra vətəndaşların Bakıya geri dönüşü məhz həmin günə təsadüf edir.

Digər tarixlər üzrə reyslərin sayı belədir: 7 iyun tarixində 15 reys, 8 iyunda 14 reys, 10 iyunda 13 reys, 11 iyunda 14 reys, 12 və 13 iyun tarixlərində hər birində 12 reys, 14 iyunda 10 reys və 15 iyun tarixində 11 reys yerinə yetiriləcək.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.