İrəvanda mənzillənmiş separatçılar Azərbaycana qarşı hansı addımlar atacaqlarını açıqlayıblar.
"Azerbaycanxeberleritv.az" xəbər verir ki, yerində sakit otura bilməyən terrorçular “Zəngəzurun Qarabağa çevrilməsinə imkan verməyək” fikrini irəli sürüblər.
Separatçı Metaxe Akopyan özlərinin “yeni prioritet”lərini açıqlayaraq deyib ki, başlıca hədəf Ermənistanda üsyan yolu ilə hakimiyyəti dəyişdirilməsidir. O daha sonra Qarabağın “öz müqəddəratını təyinetmə hüququ” məsələsini beynəlxalq platformalarda qaldırmağı qeyd edib. “Azərbaycanla sərhədlərin demarkasiyanın qarşısının alınması, Qarabağdan köçmüş ermənilərin həm xaricdə, həm də daxildə hüquqlarının müdafiəsi əsas məqsəd olmalıdır”.