azerbaycanxeberleritv.az » Manşet » Zibil qutusuna düşən tələbə yanaraq öldü
Manşet / Dünya / 19-10-2024, 11:09

Zibil qutusuna düşən tələbə yanaraq öldü

 İspaniyada argentinalı tələbə dostları ilə əyləndikdən sonra zibil sobasında yanaraq ölüb.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə "Diario de Mallorca" nəşri məlumat yayıb. 



Nəşrin məlumatına görə, oktyabrın 18-də axşam qız dostları ilə içki məclisinə gedib. Daha sonra o, evə qayıtmaq üçün avtobus dayanacağına yola düşüb. Bildirilir ki, bu zaman qız dayanacağın yaxınlığındakı zibil qutusuna nəsə atıb, lakin sonradan atdığı əşyanın lazım olacağını düşünüb. 


İtki ilə barışmaq istəməyən tələb əşyanı almağa gedib və qutunun içinə düşüb. Halsız olan qız elə oradaca qalıb.


Zibil maşını gəlib konteynerin içindəkiləri özü ilə birlikdə yükləyib yandırma məntəqəsinə aparıb. Qız zibilllərlə birlikdə sobaya yüklənib və yandırılıb. Polis onu sobanın yanında duran çantadakı telefondan gələn siqnal sayəsində aşkar edib.


Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını araşdırır




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.