azerbaycanxeberleritv.az » Manşet » Şuşada 32 il sonra ilk körpə dünyaya gəldi - FOTO
Manşet / Sosial / 20-10-2024, 12:53

Şuşada 32 il sonra ilk körpə dünyaya gəldi - FOTO

 İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.


Bu barədə "Azerbaycanxeberleritv.az"a TƏBİB-dən bildirilib.



Şuşa sakini, 1990-cı il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır. Körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub.


Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən uğurla icra olunub.


Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.