azerbaycanxeberleritv.az » Manşet » Ordubadın Qəhrəmanlıq Dastanı” kitabı işıq üzü görüb
Manşet / Cəmiyyət / 3-12-2024, 16:49

Ordubadın Qəhrəmanlıq Dastanı” kitabı işıq üzü görüb

 Yeni işıq üzü görən “Ordubadın Qəhrəmanlıq Dastanı” kitabı “Tusi” Xeyriyyə Cəmiyyəti tərəfindən təqdim olunur.


"Azərbaycanxeberleritv. az" xəbər verir ki, kitabda, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda yaşamaq hüququndan keçərək özünü bu yolda fəda edən Birinci və İkinci Qarabağ müharibəsində, eləcə də Antiterror əməliyyatı zamanı Ermənistanın təcavüzünün qurbanına çevrilən Vətən övladlarının – Ordubad bölgəsindən olan şəhidlərin həyatından və onların erməni qəsbkarlarına qarşı qəhrəmanlıqla apardıqları döyüş rəşadəti öz əksini tapıb. 



Azərbaycan Respublikası Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” kod adı altında aparılmış əməliyyatdan – 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən bəhs olunur.

Qafqaz İslam Ordusunun qardaş köməyinə gəlmiş, həlak olmuş və Ordubad rayon ərazisində dəfn edilmiş Türk şəhidləri haqqında da məlumat verilir.


Kitab uca şəhidlərimizi yaşatmaq, gənc nəslə yaxından tanıtmaq, onlara vətənpərvərlik keyfiyyətləri, müzəffərlik, yenilməzlik əhval-ruhiyyəsi aşılamaq, eyni zamanda qanlı və şanlı tariximiz ilə bağlı yaddaşımızı möhkəmləndirmək və ümumilikdə maarifləndirmə işinə dəstək göstərmək məqsədi ilə çap edilib. 


Fəlsəfə doktoru Yəhya Babanlının tərtibatçılığı ilə ərsəyə gətirilən kitabın ön söz müəllifi böyük filosof-şair Rüstəm Behrudi, məsləhətçiləri müdrik ziyalılar Şəmsəddin Xanbabayev və Həsən Abbasov, redaktorları dəyərli vətənpərvərlər Ramazan Səfərov və Qoşqar Əsədzadədir. 


Sanballı redaksiya heyətinə malik olan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.