azerbaycanxeberleritv.az » Manşet » ABŞ koronavirusun necə yarandığını AÇIQLADI
Manşet / Dünya / 3-12-2024, 18:24

ABŞ koronavirusun necə yarandığını AÇIQLADI

 ABŞ Konqresi Nümayəndələr Palatasının 2 illik araşdırma nəticəsində tərtib etdiyi koronavirus epidemiyasının 557 səhifəlik hesabatına əsasən, COVID-19 Çinin Uhan şəhərindəki laboratoriyada meydana gəlib. 


"Azərbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə ABŞ Konqresi hesabat dərc edib. 



"Koronavirus çox güman ki, Çinin Uhan şəhərindəki laboratoriyada yaradılıb", - sənəddə deyilir.


Hesabat müəlliflərinin fikrincə, virusun bioloji xüsusiyyətləri 2019-cu ilin payızında Uhan Yoluxucu Xəstəliklər İnstitutunda tədqiqatçılar arasında müşahidə olunan xəstəliyin simptomları ilə üst-üstə düşür.


Həmçinin qeyd olunub ki, əgər virusun təbii mənşəyinə dair sübutlar olsaydı, o, indiyə qədər ortaya çıxmalı idi. 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.