azerbaycanxeberleritv.az » Manşet » Lukaşenko Belarusda nüvə silahının olduğunu təsdiqlədi
Manşet / Dünya / 10-12-2024, 15:38

Lukaşenko Belarusda nüvə silahının olduğunu təsdiqlədi

 Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində həqiqətən də nüvə silahının olduğunu təsdiqləyib.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə dövlət başçısı Borisovda “POZSNAB” MMC-nin işçilərinin suallarını cavablandırarkən deyib.



"Mən bura ondan çox nüvə başlığı gətirmişəm. Çoxları yazır ki, biz heç nə gətirməmişik. Onları bura necə gətirdiyimizin fərqinə varmayıblar", - deyə Belarus lideri bildirib.


Lukaşenko Belarusda böyük gücə malik Rusiyanın “Oreşnik” raket kompleksinin yerləşdirilməsi planları ilə bağlı sualı cavablandırarkən deyib: "Əgər nüvə silahından istifadə edilirsə, bu, böyük məsuliyyətdir, ən azı, Xirosima və Naqasakidən sonra heç kim nüvə silahının düyməsini basmayıb. Ölkənin sərhədlərini pozanlara dərhal cavab veriləcək. Və mən nüvə silahlarına və ya başqa bir şeyə baxmayacağam". 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.