azerbaycanxeberleritv.az » Manşet » ​Azərbaycanla bu ölkə arasında hərbi əməkdaşlıq planı imzalandı
Manşet / Cəmiyyət / 28-12-2024, 20:49

​Azərbaycanla bu ölkə arasında hərbi əməkdaşlıq planı imzalandı

 

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi əməkdaşlıq danışıqlarının aparılması məqsədilə Serbiya Respublikasına səfər edib.

Bu barədə Azerbaycanxeberleritv.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində nümayəndə heyəti Serbiya Respublikası müdafiə nazirinin köməkçisi cənab Predrag Bandiç tərəfindən qəbul edilib, daha sonra hər iki ölkənin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti təhlil edilib və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda 2024-cü il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.

Səfər proqramına əsasən, nümayəndə heyəti Serbiya Respublikasının Sülhməramlı Əməliyyatlar Mərkəzini ziyarət edib və mərkəzin fəaliyyət istiqamətləri ilə tanış olub.

Rəsmi fəaliyyətlərin sonunda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında 2025-ci il üçün hərbi əməkdaşlıq Planı” imzalanıb. 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.