azerbaycanxeberleritv.az » Manşet » Düşmən PUA tətbiq edir: Ordumuzun cavabı ağır olacaq
Manşet / Siyasət / 1-09-2023, 13:53

Düşmən PUA tətbiq edir: Ordumuzun cavabı ağır olacaq

 

Ermənistan Silahlı Qüvvələri Azərbaycan ilə şərti sərhəddin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, nəticədə hərbi qulluqçularımız yaralanıb. Vəziyyət kifayət qədər gərgindir.

Bu sözləri Azerbaycanxeberleritv.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev sərhəd toqquşmaları haqda danışarkən bildirib.

“Düşmən bu istiqamətdə zərbə PUA-larından istifadə edir. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmənin müəyyən itkiləri var. Bu itkilərin yaxın saatlarda artacağı da istisna edilmir”, - o bildirib.

Ekspertin sözlərinə görə, son aylarda intensivləşən düşmən təxribatları Azərbaycan tərəfini daha təsirli, daha adekvat və Ermənistan üçün daha ağrılı-acılı nəticələrə gətirən fəaliyyətlərə əl atmağa vadar edir:

“Budəfəki cavabımız da Ermənistan üçün təsirli və adekvat olacaq”.

Qeyd edək ki, Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində 2 erməni əsgər məhv edilib, 1 erməni əsgər yaralanıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.