azerbaycanxeberleritv.az » Manşet » Bakıda 32 yaşlı kişi əvvəlcə döyüldü, sonra bıçaqlandı
Manşet / Hadisə / 16-09-2023, 11:47

Bakıda 32 yaşlı kişi əvvəlcə döyüldü, sonra bıçaqlandı

 

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Azerbaycanxeberleritv.az.az xəbər verir ki, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əlyar Mirzə oğlu Əsgərov əvvəlcə döyülüb, sonra bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.

Fakt araşdırılır.

***

Bakıda 32 yaşlı kişini döyən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verib.

Məlumata görə, sentyabrın 15-də Əlyar Əsgərovun döyülərək xəsarət alması barədə polisə məlumat daxil olub.

“Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Müvafiq ekspertizalar təyin olunub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”, – məlumatda qeyd olunub.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.