Terror aktı nəticəsində polis əməkdaşları və mülki şəxslərin həlak olması ilə bağlı qanunamüvafiq tədbirlər görülür”.
“Azerbaycanxeberleritv.az"nun məlumatına görə, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bu gün keçirilən brifinqdə deyib.
Qurum rəsmisi bildirib ki, cinayət işinin istintaqı DTX, Baş Prokurorluq və DİN-ə həvalə edilib. Hazırda birgə fəaliyyət davam etdirilir.
K.Zeynalov media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə də müraciət edib: “Media və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, bu dövrdə dövlət xidmətləri tərəfindən razılaşdırılmamış məlumatlar yayımlanmasın”.