azerbaycanxeberleritv.az » Manşet » Evakuatorla minik maşını toqquşdu: ölən var - Foto
Manşet / Gündəm / Hadisə / 11-03-2024, 12:06

Evakuatorla minik maşını toqquşdu: ölən var - Foto

 

Bərdədə evakuatorla minik maşını toqquşub.

Azerbaycanxeberleritv.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Nəriman Fərman oğlu Ağamirzəyev VAZ-2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən, 1978-ci il təvəllüdlü Etibar Məmmədov idarə etdiyi "İsuzu" markalı evakuatorla VAZ markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində VAZ markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü E.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.