azerbaycanxeberleritv.az » Manşet » Orban Leyenə qarşı çıxdı, bacarmadı
Manşet / Gündəm / Dünya / 28-06-2024, 15:33

Orban Leyenə qarşı çıxdı, bacarmadı

 

AB-də yüksək vəzifələrə namizədlərin seçildiyi Birlik sammitində Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının rəhbəri postuna Ursula fon der Leyenin namizədliyini dəstəkləməyib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə “Telex” Brüsseldəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

“O, Portuqaliyanın keçmiş baş naziri Antonio Kostanın Avropa Şurasının sədri vəzifəsinə namizədliyini dəstəkləyib, Estoniyanın Baş naziri Kaya Kallasın AB diplomatiyasının rəhbəri vəzifəsinə namizədliyi ilə bağlı səsvermədə bitərəf qalıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Ursula fon der Leyen Avropa Komissiyasının rəhbəri, Estoniya Baş naziri Kaya Kallas Jozep Borrelin yerinə Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Portuqaliyanın keçmiş baş naziri Antonio Koşta Avropa Şurasının rəhbəri (Şarl Mişelin yerinə) postuna təsdiq olunublar. Təyinat Avropa Parlamentində səsə qoyulacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.