azerbaycanxeberleritv.az » Manşet » Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ
Manşet / Sosial / 8-07-2023, 13:25

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ

İyulun 16-da hakim vəzifəsinə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən "Unikal"a verilən məlumata görə, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər iyulun 7-dən 15-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:
https://exidmet.dim.gov.az/elimt/HakimTest

Test imtahanı 2023-cü il iyulun 16-da iki növbədə – saat 09:00 və 15:00-da kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.