azerbaycanxeberleritv.az » Cəmiyyət » Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi
Cəmiyyət / Gündəm / 21-05-2025, 17:30

Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi

Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dutaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb.

"Azerbaycanxeberleritv.az" apa-ya istinadən xəbər verir kİ, bu gün Yasamal rayon Məhkəməsində bununla bağlı iclas keçirilib.

Məhkəmə vəsatəti təmin etməyib.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.