azerbaycanxeberleritv.az » Cəmiyyət » Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
Cəmiyyət / Gündəm / 22-05-2025, 11:30

Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ gözlənilir?  - AÇIQLAMA

Həm Türkiyə, həm də Azərbaycan seysmik aktiv bölgələrdə yerləşsələr də oradakı zəlzələlərin bizim ərazilərimizə hər hansı təsiri yoxdur.

"Azerbaycanxeberleritv.az" bildirir ki, bu sözləri Trend-in sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, qardaş Türkiyənin seysmotektonik quruluşu Azərbaycanla eyni deyil.

"Həm Türkiyə, həm də Azərbaycan seysmik aktiv bölgələrdə yerləşsələr də oradakı zəlzələlərin bizim ərazilərimizə hər hansı təsiri yoxdur. Zəlzələnin dəqiq proqnozu olmadığına görə heç kim zəlzələ olacaq yaxud olmayacaq kimi proqnoz verə bilməz. Xırda hiss olunmayan zəlzələlər hər gün qeydə alınır və belə zəlzələlərin heç bir təsiri yoxdur. Maqnitudası 3 və 3-dən yuxarı zəlzələlər haqqında məlumatlar isə mərkəzin rəsmi saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrindən ictimaiyyətə açıqlanır",- deyə o əlavə edib.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.