azerbaycanxeberleritv.az » Dünya » Əhali təşviş içində: Rusiyanın növbəti hücum hədəfi bu ölkələrdir
Dünya / 2-04-2025, 14:11

Əhali təşviş içində: Rusiyanın növbəti hücum hədəfi bu ölkələrdir

Əhali təşviş içində: Rusiyanın növbəti hücum hədəfi bu ölkələrdir

Ukrayna ilə iki ildən artıqdır müharibədə olan Rusiyanın Ukraynadan sonra silahını Avropa ölkələrinə çevirəcəyi iddiası Almaniyanı hazırlaşmağa sövq edib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bununla bağlı Almaniya Baş Qərargah rəisi Karsten Breuer hədələyici xəbərdarlıq edib.

"Rusiya tərəfindən təhdid altındayıq. Putinin təhdidləri ilə üzləşirik. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik", - deyə o bildirib.

Mümkün qədər tez hazırlaşmalı olduqlarını vurğulayan Breuer, 2022-ci ildə açıqlanan əlavə 100 milyard avroluq ordu sərmayəsinin yetərli olmadığını söyləyib. Qeyd edib ki, xərclərin dərhal artırılması lazımdır.

Hətta Almaniyada keçirilən sorğuya əsasən, almanların 79 faizi Vladimir Putini Avropanın sülhü və təhlükəsizliyi üçün son dərəcə təhlükəli hesab edir. ABŞ prezidenti Donald Tramp üçün isə bu göstərici 74 faiz təşkil edir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.