azerbaycanxeberleritv.az » Dünya » Moskvadan İrəvana daha bir xəbərdarlıq: İkisindən birini seç
Dünya / 3-04-2025, 11:11

Moskvadan İrəvana daha bir xəbərdarlıq: İkisindən birini seç

Moskvadan İrəvana daha bir xəbərdarlıq: İkisindən birini seç

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Avropa İttifaqına daxil olması ilə bağlı qanunun qəbulunu şərh edib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, onun sözlərini “RİA Novosti” yayıb.

“Biz əminik ki, Aİİ və Avropa İttifaqı kimi iki əks assosiasiyada eyni vaxtda olmaq mümkün deyil. Harada olmağın daha yaxşı olduğuna rəsmi İrəvan qərar verəcək”, - Qaluzin bildirib.

O əlavə edib ki, Aİİ bərabərhüquqlu dövlətlərin birliyi olsa da, Avropa İttifaqı anti-Rusiya yönümlü bir strukturdur.

Qaluzin qeyd edib ki, Ermənistan öz inkişafını seçən suveren dövlətdir, lakin Aİİ üzvlüyünün bütün üstünlüklərinin Ermənistan cəmiyyətinə izah ediləcəyinə ümid edib.

Martın 26-da Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

Aİ-yə daxil olmaq təşəbbüsünü yalnız hakim “Mülki müqavilə” fraksiyası dəstəkləyib. “Mənim şərəfim var” müxalifət fraksiyasının nümayəndələri qanun layihəsinin əleyhinə səs verib, “Ermənistan” fraksiyası səsvermədə iştirakdan imtina edib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.