azerbaycanxeberleritv.az » Gündəm » Özünü daha bir məsələdə Baydenlə müqayisə etdi
Gündəm / Dünya / 14-04-2025, 10:00

Özünü daha bir məsələdə Baydenlə müqayisə etdi

Özünü daha bir məsələdə Baydenlə müqayisə etdi


ABŞ prezidenti Donald Tramp öz iş cədvəlini və mətbuatla ünsiyyət tərzini sələfi Co Baydenlə müqayisə edib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, Tramp bunu Floridaya uçan prezident təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

Ağ Evin rəhbəri vurğulayıb ki, Baydendən fərqli olaraq o, həmişə əlçatandır.

"Sizcə, Bayden gecə saat 2-də müsahibə verərdi?" – deyə Tramp jurnalistlərə bildirib.

O əlavə edib ki, sabiq prezident hətta səhər saat doqquzda da media nümayəndələri ilə əlaqə saxlamayacaqdı.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.