azerbaycanxeberleritv.az » Gündəm » "ABŞ İranla bağlı qərarını tezliklə verəcək" - Tramp
Gündəm / Dünya / 14-04-2025, 10:15

"ABŞ İranla bağlı qərarını tezliklə verəcək" - Tramp

"ABŞ İranla bağlı qərarını tezliklə verəcək" - Tramp


"ABŞ tezliklə İranla bağlı qərar qəbul etməyi planlaşdırır".

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bunu Amerika lideri Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

"İranla bağlı qərarımızı tezliklə verəcəyik", - Tramp bildirib.

Bundan əvvəl "Axios" portalı Vaşinqton və Tehran arasında danışıqların ikinci raundunun aprelin 19-da Romada keçirilə biləcəyini yazıb.

Xatırladaq ki, aprelin 12-də Maskatda ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilib. Ağ Ev danışıqların konstruktiv keçdiyini bildirib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.