ABŞ Mərkəzi Komandanlığı Yəmənin Ras İsa limanını vurduğunu bildirib.
"Azerbaycanxeberleritv.az" xəbər verir ki, məlumatda limanın İranın dəstəklədiyi husilər tərəfindən neft məhsullarının saxlanması və satışı üçün istifadə edildiyi bildirilir.
ABŞ ordusu bildirir ki, obyektin dağıdılması üsyançıların əsas maliyyə mənbəyini və yanacaq təchizatına çıxışını kəsib. CENTCOM öz bəyanatında əməliyyatın radikal hərəkatın iqtisadi bazasını sarsıtmaq məqsədi daşıdığını vurğulayıb.
"ABŞ qüvvələrinin bugünkü hərəkətləri İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini məhv etməyə yönəlib", - ABŞ departamenti bildirib.
Xatırladaq ki, ABŞ-ın Yəmənin Ras İsa limanına endirdiyi zərbələr nəticəsində 13 nəfər ölüb, daha 30 nəfər yaralanıb.
Bundan əvvəl ABŞ “Ənsar Allah” (husilər) üsyançı hərəkatının komandanlıq mərkəzlərinə irimiqyaslı hava zərbələri endirib.