azerbaycanxeberleritv.az » Gündəm » Dünyanın ən böyük elektrik gəmisi suya buraxıldı
Gündəm / Dünya / Dün, 18:00

Dünyanın ən böyük elektrik gəmisi suya buraxıldı

Dünyanın ən böyük elektrik gəmisi suya buraxıldı

Avstraliyanın Hobart şəhərinin limanında dünyanın ən böyük elektrik gəmisi suya buraxılıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Məlumata görə, elektrik gəmisinin uzunluğu 130 metrdir.

“İncat” şirkəti tərəfindən inşa edilən gəmi “Hull 096” adlanır. O, Cənubi Amerikanın bərə operatoru “Buquebus” tərəfindən layihələndirilib.

Gəminin layihə gücü 2100 sərnişin və 225 nəqliyyat vasitəsidir.

“Hull 096” yalnız akkumulyatorlardan gələn elektrik enerjisi ilə işləyəcək. Onların ümumi kütləsi 250 ton, quraşdırılmış gücü isə 40 meqavat-saatdan çoxdur.

Gəmi istehsalçısı “Hull 096”nı indiyə qədər həyata keçirdikləri ən iddialı, ən mürəkkəb və vacib layihə kimi qiymətləndirib.

Dünyanın ən böyük elektrik gəmisi suya buraxıldı

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.