azerbaycanxeberleritv.az » Gündəm » Azərbaycan təhsilində görünən və görünməyən tərəflər
Gündəm / Cəmiyyət / Elm-təhsil / Dün, 17:58

Azərbaycan təhsilində görünən və görünməyən tərəflər

Azərbaycan  təhsilində görünən və görünməyən tərəflər


Azerbaycanxeberleritv.az: - Azərbaycan təhsilində gündən-günə artan narazılıqlar bu sahədəki çoxsaylı uğurları ört-basdır edir.

"DogruXeber.az" qeyd edir ki, son iki ildə təhsil sahəsində günbəgün şiddətlənən etirazlar, rüşvət qalmaqalları, şagird, müəllim etirazları, dava-dalaş və sair insanlarda müəllimlərə, məktəblərə qarşı ikrah hissi yaradıb.

Amma, deyəsən yaranmış bu fürsət bəzi işbazların önündə şəxsi maraqlarının təminatına yönələn "cığırlar açıb". Belə ki, onlar müəyyən məktəblərdə yaşanmış hansısa bir müəllim səhvi, yaxud bir direktora qarşı qərəzdən doğan qalmaqalı "əldə bayraq edərək", ümumilikdə regional təhsil idarəsinin müdirinə qarşı qarayaxma kompaniyası həyata keçirirlər.

Qeyd edək ki, son günlər Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və bu regionala tabe təhsil müəssisələri də bəzi media subyektlərinin tənqid hədəfindədir. Vaxtilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdən bir-ikisində baş vermiş xoşagəlməz hallar şişirdilmiş şəkildə tez-tez yenilənərək, sözügedən idarə rəhbərinin mövqeyi nəzərə alınmadan təkrar-təkrar yayımlanır.

Barələrində yayımlanan qalmaqallı yazıların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək məqsədilə Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. İlk öncə məsələyə obyektiv yanaşdığımıza görə təşəkkür edən idarə sözçüsü, dərc edilən məlumatların hər birinin məqsədli şəkildə, özü də araşdırılmadan, qarşı tərəf kimi idarə rəhbərinin mövqeyi dinlənilmədən yayımlandığını bildirdi. Həmçinin o, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bəzi məktəblərin şagirdlərinin hətta xarici ölkələrdə qazandıqları uğurlarından bəhs edərək, bugünə qədər bu kimi uğurlar barəsində məlumatlara yerli mətbuatda geniş yer ayrılmadığından gileyləndi.

Məlumat üçün bildirək ki, 25-30 aprel tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində 42-ci Balkan Riyaziyyat Olimpiadasında milli komandamız uğurla çıxış edərək, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 3 medal qazanıb.

Belə ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin 9-cu sinif şagirdi Fərhad İskəndər gümüş medal, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın X sinif şagirdi Davud Tarverdili və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Yunis İsayev bürünc medal qazanıblar.

Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 19 gümüş və 40 bürünc medal əldə ediblər.

Azərbaycanlı şagirdlərin əldə etdikləri uğurlar və başqa ölkələrdən Azərbaycana gətirdikləri medallar alqışadəyər böyük zəhmətin nəticəsidir. Eyni zamanda bu həmin şagirdləri yetişdirən məktəblərin uğurlarıdır.

Bu kimi məlumatların ictimailəşdirilməsi həmin məktəblərin şagird və müəllim kollektivi üçün stimul vermək, davamlı uğurlara ruhlandırmaq, digər bütün şagirdlərdə isə özünə inam hissi yaratmaqdır.

Bu da danılmaz həqiqətdir ki, son illər Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrindəki inkişaf, nəzərəçarpacaq dərəcədə uğurlu yeniliklər məhz İlhamə Abdullayevanın rəhbərliyi altında həyata keçirilir.

Qeyd: Elm-təhsil sahəsində uğurlu nəticə əldə etmək üçün, uğurlu layihələri və bu layihələrdə iştirak edən bacarıqlı, məsuliyyətli şəxsləri cəmiyyətə tanıtmaq inkişafa çağıran ən gözəl nümunə ola bilər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.