ABŞ Daxili Təhlükəsizlik Departamenti ABŞ-ni könüllü olaraq tərk edərək öz ölkələrinə qayıdan qeyri-qanuni mühacirlərə kompensasiya ödəyəcəyini bildirib.
"
Azerbaycanxeberleritv.az" xəbər verir ki, ABŞ hökuməti həmin şəxslərə pulsuz aviabilet təqdim etməklə yanaşı, öz ölkəsinə könüllü qayıdanlara əlavə olaraq 1000 dollar ödəməyə hazırdır.
Miqrantlar "CBP Home" proqramından istifadə edərək ABŞ-dan gedişlərini təsdiq edə bilərlər.
Belə bir tədbir miqrantların gələcəkdə ABŞ-yə qanuni yolla yenidən daxil olmaq imkanlarını “mühafizə edə bilər”.