azerbaycanxeberleritv.az » Manşet » Şimal bölgəsində Qudyalçay ətrafı evlər təhlükədə - VİDEO
Manşet / Cəmiyyət / Gündəm / Bugün, 12:30

Şimal bölgəsində Qudyalçay ətrafı evlər təhlükədə - VİDEO

Şimal bölgəsində Qudyalçay ətrafı evlər təhlükədə  - VİDEO

Torpaq qatı lay-lay çaya tökülür... Çayın kənarındakı evlər təhlükədədir...

"Azerbaycanxeberleritv.az" Xezerxeber.az-a istinadən xəbər verir ki, Qudyalçayda sel sularının səviyyəsinin qalxması nəticəsində Xaçmazın Xaspoladoba kəndində çayın kənarında yerləşən bir neçə yaşayış evi üçün ciddi təhlükə yaranıb.

Çayın ətrafında yaşan sakinlər deyir ki, vəziyyət o yerə çatıb ki, səhərə qədər növbə çəkirlər. Bildirirlər ki, sellərdən sonra yaranan vəziyyət getdikcə gərginləşir.

Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu bildirib ki, hazırda komissiyanın və digər əlaqədar dövlət qurumların nümayəndələri əraziyə baxış keçirirlər. Vəziyyət yerində qiymətləndirildikdən sonra fəsadların aradan qaldırılması üçün addımlar atılacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.