İran Ermənistanda yeni layihəsini həyata keçirmək üçün hazırlıqlara başlayıb.
"Azerbaycanxeberleritv.az" xəbər verir ki, dünən İrəvanda bununla bağlı artıq bəzi addımlar atılıb.
Belə ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan-İran Əməkdaşlığının İnkişafı Fondunun direktoru Puya Hüseynini qəbul edib. Hüseyni “Sünik: Cənubi Qafqaz İqtisadi Qovşağı” proqramını təqdim edib. Buraya özəl sektor investisiyalarının cəlb edilməsi, infrastrukturun inkişafı və Ermənistan-İran iqtisadi əməkdaşlığının genişləndirilməsi daxildir.//Tribunainfo.az