azerbaycanxeberleritv.az » Gündəm » Dünyanın hələ də istifadə olunan ən qədim körpüsü: 3300 il yaşı var
Gündəm / Dünya / Cəmiyyət / Bugün, 12:00

Dünyanın hələ də istifadə olunan ən qədim körpüsü: 3300 il yaşı var

Dünyanın hələ də istifadə olunan ən qədim körpüsü: 3300 il yaşı var

Dünyanın hələ də istifadə olunan ən qədim körpüsü Yunanıstanda, Peloponnes yarımadasında yerləşən Arkadio körpüsüdür.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, "Daily Express" nəşrinin yazdığına görə, bu körpü e.ə. 1330-cu ildə, yəni təxminən 3354 il əvvəl tikilib və bu gün də fəaliyyət göstərir.

Arkadio körpüsü müasir yolun yaxınlığında, qədim Tirin və Epidaur şəhərləri arasında yerləşir. O dövrdə bu körpü hərbi yolun bir hissəsi olub və daha geniş Ellin yol şəbəkəsinə daxil edilib. Körpünün uzunluğu 22 metr, eni isə 5,6 metrə yaxındır. Onun planlaması və yol xətti o qədər dəqiqliklə tərtib olunub ki, araşdırmalara əsasən, o zamanlar bu körpüdən atlı arabalar da keçə bilirmiş.

Körpünün ən maraqlı xüsusiyyəti onun heç bir yapışdırıcı maddə istifadə edilmədən tikilməsi ilə bağlıdır. Bloklar tamamilə ağırlıq və simmetrik yerləşmə prinsipi ilə qurulub. Tikintidə istifadə olunan əhəngdaşı bloklarının bəziləri çəkiclə kobud şəkildə yonulsa da, əksəriyyəti təbii halında qalıb. Bloklar arasında olan boşluqlar isə daha kiçik əhəngdaşı parçaları ilə doldurulub.

Arkadio körpüsü yaxınlığında eyni dövrdən qalma daha üç mikena üslubunda körpü də aşkar edilib. Onlardan biri olan Petrogefir körpüsü, Arkadio körpüsünün bir kilometr qərbində yerləşən axarı keçmək üçün tikilib və oxşar konstruksiyaya malikdir.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.