Ermənistanın keçmiş prezidenti, Xocalı qətliamının iştirakçılarından olan Serj Sarkisyan Azərbaycanla mümkün sülh sazişinə qarşı olduğunu bildirib.
"
Azerbaycanxeberleritv.az" xəbər verir ki, o, mediaya verdiyi açıqlamasında bunun sülh sazişi olmadığını iddia edib.
Sarkisyanın sözlərinə görə, Ermənistan hökuməti məcburiyyətdən bu addımı atır. “Əgər kompromislər yoxdursa, bu, danışıqlar deyil, məcburiyyətdir”.